N-Line Furniture and Accessories  select * FROM nglo_about ORDER BY id LIMIT 1

N-Line Mebel Aksesuarları

Azərbaycanda mebel sahəsi iqtisadiyyatın ən dinamik sahələrindən biri olaraq tanınır. Bizim şirkətimiz də keçən illər ərzində bu sahənin çarxlarından biri olmağı bacarmışdır. Öz tarixini kiçik ticarətdən başlayaraq bu sektorda söz sahibinə çevrilə bilmişdir. Bilirsiz ki, qlobalaşan dünyada hər şey insan rahatlığı və komfortu üçün dizayn və istehsal edilir. Bu komfortların ilk sıralarında da mebel sahəsi gəlir. Hər birimiz evimizi, ofisimizi bir mənalı şəkildə zövq oxşayan mebellərlə bəzəmək istəyirik. Alıcılar üçün mebel bir vahid olaraq görünsə də, biz bilirik ki mebeli yaxşı mebel edən kiçik detallar, istifadə olunan material və ehtiyat hissələrdir. Şirkətimiz də artıq neçə illərdir ki, mebel hissələrinin yerli bazarda topdan satışı üzrə ixtisaslaşıb və günü-gündən daha da təcrübə qazanır. Təcrübə demişkən, həyatda ən bahalı olan məhfum təcrübədir çünki onu qazanmaq üçün itirməli olan çox şey var və təcrübəni qazanmaq üçün real olaraq ortaya iş qoymaq və müştəri məmnuniyyəti əldə etmək lazımdır. Şirkətimiz 1995-ci ildən bu yana keçən zaman kəsimində topladığı təcrübəyə əsaslanaraq öz dəyərli müştərlərini keyfiyyət və qiymət baxımından ən optimal təklif və məhsullara təmin etməyi özünə prioritet məqsəd olaraq görmüşdür . Hal-hazırda Türkiyənin Çağ- Kabara, Array , 5K , Berkfa, Sefox, Pomax, Işık ahşap , Roma Plastik , ASD orman ürünleri, Yeşilax , Elit Plastik , Koreyanin Melaton, Çinin Tayming, Rusyanın Kedr şirkətlərinin rəsmi distübrutoru ve onlarla Türkiyə , Rusiya, Çin kimi ölkələrin orta ve premium şirkətlərinin partnyoru olmaqla hal hazırki iqtisadi vəziyyətdə öz müştərilərinin mənafeyini qorumağa çalışmaqdadır. Şirkətimiz 2016-cı ildən öz gücünə yeni bir güc qataraq keçən illər ərzində xəyallarımız olan İtaliyanın FGV şirkətinin rəsmi distrubyutoru olmuşdur. Bugün Azərtbaycanda tam hüquqlu rəsmi potent ilə qorunan markalarımız var. Bunların arasında Rowen, Yeni Çağ , Modelim , N-Line brendlərini qeyd etmək olar. Və biz artıq müştərilərimizə məhsullarımızı bu markalar adı altında təqdim edirik. Həmişə hörmətli müştərilərimizin güvən və dəstəyi ilə daha da çalışaraq yolumuza davam edəcəyik...

Overview